COP29

Smitin Formula-1 konsertindən gözəl görüntülər burada - FOTOLAR

15 Sentyabr 03:50 Hadisə 749
Smitin Formula-1 konsertindən gözəl görüntülər burada - FOTOLAR

Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2024-ün ilk günü unudulmaz anlarla yadda qalıb.

Sportinfo.az xəbər verir ki, avtoidman həvəskarları və musiqisevərlər Kristal zalında baş tutan möhtəşəm gecənin şahidi olublar.

Hollivudun məşhur siması, aktyor və musiqiçi Uill Smit səhnəyə çıxaraq özünəməxsus enerjisi və performansı ilə fanatları coşdurub.

Onun səsləndirdiyi hitlər, xüsusən də 90-cı illərin musiqisevərlərinə nostalji hisslər yaşadıb. Ulduzun canlı çıxışı ilə yanaşı, müasir səhnə effektlərinin yaratdığı abu-hava gecəyə xüsusi rəng qatıb.

Əyləncə Uill Smitin çıxışı ilə yekunlaşmayıb. Gecənin ikinci hissəsində elektron musiqi dünyasının ulduzu, Qremmi mükafatlı DJ Black Coffee səhnəyə çıxaraq öz fərqli üslubu ilə azarkeşləri heyran edib. Onun təqdim etdiyi enerji dolu musiqilər tamaşaçılara ritmlərlə dolu unudulmaz gecə bəxş edib.

Bu xüsusi gecə yarış həftəsonunun mükəmməl bir başlanğıcı olub.

Qeyd edək ki, mövsümün 17-ci yarışı olan Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisinin final yürüşü sentyabrda 15-də baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 11:00 Xeyir və uğur bundadır!