"Zirə" və "Neftçi" kimlərə görə cərimələndi?

3 Mart 14:20 Hadisə 824
"Zirə" və "Neftçi" kimlərə görə cərimələndi?

AFFA İntizam Komitəsi "Zirə" və "Neftçi"ni cərimələyib.

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçiləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunlarında yaşananlara görə ziyana düşüblər.

"Zirə" beş üzvü "Araz-Naxçıvan"la oyunda (0:2) sarı vərəqə aldığı üçün 700 manat, azarkeşlərin hakimlərin ünvanına təhqiramiz ifadələr işlətməsi ucbatından (cari mövsümdə ikinci dəfə yaşanır) 500 manat ödəyəcək.

"Kəpəz"lə qarşılaşmada (1:0) qırmızı vərəqə alan "Neftçi"nin hücumçusu Bassalu Sambu 2 oyunluq cəzalanıb, "ağ-qaralar"a isə 1500 manat cərimə tətbiq edilib.

Digər Xəbərlər
Xəbər Lenti
3 Mart 11:20 Bir az da siz…