COP29

Ata döyüşdəki oğlunu axtararkən itkin düşmüşdü, indi isə... FOTOLAR

20 İyul 08:10 Hadisə 772
Ata döyüşdəki oğlunu axtararkən itkin düşmüşdü, indi isə... FOTOLAR

Birinci Qarabağ müharibəsində itkin düşən mülki şəxs, 31 ildən sonra dəfn yeri və kimliyi müəyyənləşdirilən İmişli rayonunun Muradxanlı kənd sakini Vəliyev İbrahim Ələşrəf oğlunun qalıqları ailəsinə təhvil verilib.

APA xəbər verir ki, bu gün İbrahim Vəliyevlə İmişli rayonunun Muradxanlı kəndində ailəsinin yaşadığı ünvanda vida mərasimi keçirilib.

Vida mərasimində onun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər. İbrahim Vəliyevin qalıqları Muradxanlı kənd qəbirstanlığında dəfn olunub.

Qeyd edək ki, İ.Vəliyev 1924-cü ildə İmişli rayonunun Muradxalı kəndində anadan olub. I Qarabağ müharibəsində iştirak edən oğlu Fəqan Vəliyevdən xəbər almaq məqsədilə döyüş əməliyyatları gedən əraziyə gedib və 23 avqust 1993-cü il tarixdə Füzuli rayonunun Alxanlı-Qaraxanbəyli kəndləri ərazisində naməlum şəraitdə itkin düşüb.

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən itkin düşmüş mülki şəxs kimi qeydiyyata alınıb. İbrahim Vəliyevin meyitinin qalıqları Ağdam rayonunun Əfətli kənd qəbirstanlığında aşkarlanıb, kimliyi təsdiq olunub.



Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?