COP29

Paris Olimpiadasının açılışı zamanı 19 nəfər SAXLANILDI - SƏBƏB AÇIQLANMIR

28 İyul 08:00 Hadisə 1 029
Paris Olimpiadasının açılışı zamanı 19 nəfər SAXLANILDI - SƏBƏB AÇIQLANMIR

Fransa polisi Paris Olimpiadasının açılış mərasimi zamanı 19 nəfəri saxlayıb.

Sportinfo.az xəbər verir ki, bunu Fransanın daxili işlər naziri Jerald Darmanin "France 2" telekanalının efirində deyib.

"Dünən axşam saatlarında 19 nəfər saxlanılıb", - o deyib.

Darmanen həbslərin səbəbini açıqlamayıb.

O qeyd edib ki, hakimiyyət ictimai asayişin pozulmasının qarşısını ala bilib.

Daha əvvəl bildirilib ki, açılış mərasimi zamanı təhlükəsizliyi 45 minə yaxın polis və jandarm, həmçinin 20 minədək hərbçi təmin edəcək.

Paris Olimpiadası iyulun 26-dan avqustun 11-dək davam edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...