Braziliyanın “Palmeyras” klubunun prezidenti Leyla Pereyra “Əl-Hilal”ın futbolçusu Neymarın transferi haqda danışıb.
Sportinfo.az xarici mətbuata istinadən xəbər verir ki, o, açıqlamasında bunları deyib:
“Neymar haqqında “Santos”dan soruşmaq lazımdır, bizdən yox. O, “Palmeyras”a gəlməyəcək.
Bura tibbi departament deyil, klubdur. Mən elə oyunçu istəyirəm ki, sabah məşqçi lazımlı bilsə, oyuna çıxa bilsin. Oyuna çıxa bilməyən heç bir oyunçu ilə müqavilə imzalamaram”.
Neymar bir illik zədədən sağaldıqdan sonra yenidən sıradan çıxıb. 32 yaşlı hücumçunun “Əl-Hilal”la müqaviləsi 2025-ci ilin yayına qədərdir.