Çempionatda çıxış edən 4 kluba texniki məğlubiyyət verildi

21 Fevral 08:30 Hadisə 945
Çempionatda çıxış edən 4 kluba texniki məğlubiyyət verildi

AFFA Azərbaycan çempionatında çıxış edən 4 kluba texniki məğlubiyyət verib.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Fevralın 15-də U-14 Liqasında “Neftçi” ilə keçirilməli olan matça təyin edilən vaxtda çıxmadığına görə oyun baş tutmadığı üçün “Ramana”ya 0:3 hesablı texniki məğlubiyyət verilib.

AFFA U-10 Liqasında çıxış edən “Pambıqçı”ya da eyni səbəbdən cəza verilib. Komanda “Ramal”la matça təyin edilən vaxtda çıxmadığına görə oyun baş tutmayıb.

Bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə Bərdə təmsilçisi yarışdan kənarlaşdırılıb.

U-13 Qızlar liqasında isə “Marxal” oxşar cəza ilə üzləşib. Komanda “Dinamo” ilə oyun üçün təyin edilən vaxtda meydanda omadığına görə 0:3 hesablı texniki məğlubiyyət alıb.

AFFA U-11 Liqasında “Olimpiya”ya da texniki məğlubiyyət verilib. Buna “Ağdam”la oyunda komandanın heyətində yetərsay olmaması səbəb olub.

Nəticədə qarşılşama baş tutmadığına görə “Olimpiya” 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
21 Fevral 12:40 "Çox güclü komandadır"
21 Fevral 03:10 Səfərdə Kosovoya uduzduq