COP29

“Qarabağ”ın tanışının oyununda bombanı pultla işə saldılar - Həmin anın VİDEOsu

20 Avqust 00:10 Hadisə 1 020
“Qarabağ”ın tanışının oyununda bombanı pultla işə saldılar - Həmin anın VİDEOsu

Macarıstan Liqasında “Ferençvaroş” – “Uypeşt” derbisində azarkeşlər tribunaya tüstü bombası yerləşdiriblər.

Sportinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

“Ferençvaroş” tərəfdarları matçdan əvvəl “Uypeşt” azarkeşlərinin yerləşdiyi səfər tribunasına tüstü bombası yerləşdirib. Matç zamanı bombanı pultla işə salıblar.

Həmin anlar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Qarşılaşmada sevinən tərəf ev sahibi “Ferençvaroş” olub. Onlar 90+2-ci dəqiqədə Tosin Kehindenin vurduğu qolla 1:0 hesablı qələbə qazanıb.

Sözügedən görüntüləri təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…