COP29

Azərbaycan nömrə nişanlı avtomobil Ermənistanda

19 İyul 08:40 Hadisə 1 510
Azərbaycan nömrə nişanlı avtomobil Ermənistanda

MediaHub-ın izləyicilərindən biri Baqrataşen-İcevan yolunun hissəsindən video çəkib, orada Azərbaycan loqosu, AZ 99ZX-491 dövlət nömrə nişanlı yük maşınının Tavuş vilayətinin İcevan şəhəri istiqamətində hərəkət etdiyi aydın görünür.

Bu barədə erməni mediası məlumat yayıb.

"Mən ilk dəfədir belə bir şey görürəm, amma Baqrataşendə deyirdilər ki, son vaxtlar tez-tez görünürlər", - deyə həmsöhbətimiz qeyd edib.

Videonu lentə alan Tavuşlu şəxs sərhədi keçdikdən sonra İcevana çatmamış Azərbaycan nömrələrinin rus nömrələri ilə əvəz olunduğunu görüb.

"Onlar meşəlik ərazidə saxlayıb, nəqliyyat vasitəsinin nömrələrini rus nömrələri ilə əvəzləyiblər və "kuzov"un üzərində yazılan çoxlu rəqəmlərin üzərinə plastik əşya ilə örtüb İcevana gediblər", - deyə o əlavə edib.

Azərbaycan nömrə nişanlı avtomobil cümə günü, iyulun 12-də Ermənistan ərazisinə daxil olub.

Azərbaycanlıların Ermənistanda nə işi var və Gürcüstan ərazisindən nə daşıyırlar?

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?