
“Bəzi sosial media mənbələri tərəfindən, Azərbaycanda məhkəmə prosesləri davam edən Qarabağdakı keçmiş qondarma erməni “administrasiyasının” üzvləri ilə bağlı Nazirliyimiz tərəfindən verildiyi iddia edilən açıqlama həqiqəti əks etdirmir”.
Bu barədə APA-nın sorğusuna cavab olaraq, Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.
“Biz ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan bu cür əsassız yazıları pisləyirik. Nazirliyimizin rəsmi açıqlamalarını https://www.mfa.gov.tr/aciklamalar-genel.tr.mfa linki vasitəsilə əldə etmək olar”, – deyə vurğulanıb.
Bir sıra erməni sosial media hesablarında Türkiyə Xarici İşlər Nazirliyinə aid olduğu iddia edilən feyk xəbərlər yayılıb.