
Millinin müdafiəçisi Toral Bayramov sərt tənqid olunub. ATV kanalında yayımlanan “Futbolumuz” verlişinin aparıcısı Ceyhun Rzayev onun ünvanına sərt fikirlər səsləndirib.
O, cinah oyunçusunu Türkiyənin məşhur seriallarından
"Kızıl goncalar"dakı Arif Əfəndi obrazına bənzədib. Tanınmış telejurnalist bununla Bayramovun “Sportinfo”nun əməkdaşının sualına vverdiyi cavabı nəzərdə tutub.
Belə ki, Azərbaycan millisi beynəlxalq yoxlama görüşündə Haitiyə məğlub olub.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşma qonaqların böyükhesablı qələbəsi ilə yekunlaşıb - 0:3.
Matçdan sonra mətbuat önünə çıxan futbolçular arasında Toral Bayramov da olub.
Müdafiəçi biabırçı nəticədən utanmaq əvəzinə əməkdaşımızn "millinin biabırçı oyunu, biabırçı nəticələri sizi yormurmu" sualına qəribə reaksiya verməsi ilə yadda qalıb.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN
Həmin anın görüntülərinə aşağıdakı linkdə baxa bilərsiniz: