«Şamaxı»nın qapıçısı Kamal Bayramov övladlarının da onun yolunu getməsini istəyir.
39 yaşlı kiper bunun üçün mümkün olan hər şeyi edir.
O, hətta ev şəraitində də oğlanları ilə çalışır.
Kadrlardan görünür ki, Bayramov 3 uşağına qapıçılığın ilkin metodikasını necə səbr və həvəslə öyrədir.
Hiss olunur ki, onlar da atalarının istəyini yerinə yetirməyə can atır.
Yəqin ki, əziyyətləri yerdə qalmaz. Hər halda niyyətdən çox şey asılıdır.
Kamal Bayramov uzun illərdir meydanlardadır. Oğlanları üçün bir cığır açıb.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN