Azərbaycanda futbolçular avtobusu saxladı və qanqal yedi - VİDEO

8 Aprel 17:40 Hadisə 3 814
Azərbaycanda futbolçular avtobusu saxladı və qanqal yedi - VİDEO

I Liqada yarışan «Karvan»ın futbolçularının maraqlı görüntüləri yayılıb.

Kadrlar komandanın Şamaxı səfəri zamanı çəkilib.

Belə ki, 20-ci tur çərçivəsində «Difai»nin qonağı olan «sarvanlar» matçdan öncə yolüstü dağların seyrinə dalıb. Yaşıllığı görən futbolçular avtobusu saxlatdırıb və aşağı düşərək gözəl təbiəti seyr edib.

Bu zaman oyunçuların bir neçəsi boş boş dayanmayıb, ağız dadını yoxlayıb. Onlar qanqal dərib və onu təmizləyərək yeyib.

Kənan Kərimovun çalışdırdığı komanda Şamaxı səfərindən kefikök dönüb. Yevlax təmsilçisi nominal ev sahiblərinə 5:3 hesabıyla qalib gəlib.

Xal ehtiyatını 38-ə çatdıran «Karvan» hazırda turnir cədvəlinin ikinci pilləsində mövqe tutub.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti