Sportinfo.az xəbər verir ki, Türkiyə millisinin və “Qalatasaray”ın sabiq baş məşqçisi Fatih Terim Bakıdadır.
“Qarabağ”ın təşəbbüsü ilə paytaxtımıza gələn təcrübəli mütəxəssis Bakıda keçirilən COP29 çərçivəsində təşkil olunacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansının yaradılması ilə bağlı tədbirə qatılıb.
“İmperator” ləqəbli mütəxssis “Qarabağ”a dəvətə görə təşəkkür edib. Bildirib ki, onun klubun baş məşqçisi Qurban Qurbanovla söhbət etmək imkanı olub.
“Qafqazinfo”nun fotoqrafları Xəyal Vəlizadə və Pərvin Zeynalın Bakı Olimpiya Stadionundan çəkdiyi fotoları təqdim edirik: