COP29

UEFA “bozqurd” işarəsinə görə Merihi cəzalandıracaq? - FOTO

4 İyul 01:30 Hadisə 406
UEFA “bozqurd” işarəsinə görə Merihi cəzalandıracaq? - FOTO

UEFA Türkiyə yığmasının müdafiəçisi Merih Demiralı Avstriya ilə matçdakı qol sevincinə görə cəzalandıra bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, M.Demiral qol sevincini “bozqurd” işarəsi ilə qeyd etdiyinə görə qitə futbol qurumunun Nizam-İntizam Komitəsi araşdırmalara başlayıb.

Onlar futbolçu barədə yaxın günlərdə son qərarı verəcək.

Türkiyə AÇ-2024-ün 1/8 finalında Avstriyanı məğlub edərək 1/4 finala adlayıb. Onlar burada Niderlandla qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
6 İyul 01:50 Fransa yarımfinalda