![“Azərbaycan klubu mənə çox şey verdi, razılığa gələ bilmədik” - “Bu da son!” dedi](https://www.sportinfo.az/media/2025/02/07/1725043360_photo_5370683336533598754_x.jpg)
Karyerasının son üç ilini Azərbaycanda keçirən Zurab Oçiqava futboldan gedib.
Sportinfo.az xəbər verir ki, bunu gürcü əsilli ukraynalı futbolçu özü açıqlayıb.
Son klubu “Qəbələ”dən ötən ilin yayında ayrılan Oçiqava 29 yaşında karyerasını bitirmək qərarına gəldiyini bildirib:
“Karyeramı erkən bitirmək həm də məşqçilik yoluna erkən başlanğıcdır. Əlbətttə ki, meydanda oynamaqdan həzz almağı sevirəm. Amma bəzən çətin qərarlar qəbul etməli olursan”.
O, karyerasını davam etdirmək ehtimalının olduğunu da etiraf edib:
“Maraqlı variant olsaydı, məmnuniyyətlə davam edərdim. Telefon zəngləri var idi, müxtəlif variantlar təklif olunurdu.
Amma bunların hamısı çox ciddi və ya iddialı deyildi. Hətta ABŞ klubları ilə də danışıq oldu, ancaq razılığa gələ bilmədik”.
Oçiqava karyerasının ən uğurlu dönəmini “Sabah”da keçirdiyini söyləyib:
“Sabah”dakı dövr, şübhəsiz ki, əcnəbi karyeramın ən yaxşısı idi. Bu klub mənə çox şey verdi, buna görə minnətdaram”.
Zurab Oçiqava 2021-ci ilin əvvəlindən 2023-cü ilin yayınadək “Sabah”da, 2023-24 mövsümündə isə “Qəbələ”də oynayıb.
O, zədə üzündən xeyli müddət meydanlardan kənarda qalmışdı.