"Artıq dördüncü dəfədir ki, "Qələbə qaçışı"nı təşkil edirik".
Sportinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dənizkənarı Milli Parkda təşkil olunan "Qələbə qaçışı"nda iştirak edən gənclər və idman naziri Fərid Qayıbov deyib.
O, marafonla bağlı təəssüratlarını bölüşüb:
"Artıq dördüncü dəfədir ki, "Qələbə qaçışı"nı təşkil edirik. Gördüyünüz kimi, ildən ilə iştirakçıların sayı artır.
Bu, həm də bizə idmanda kütləviliyin artırılmasına kömək edir. Yarışdan yığılan vəsait bizim fonda köçürüləcək.
Bütün iştirakçılara və media nümayəndələrinə təşəkkür edirəm. Bizə dəstək olduğunuz üçün çox sağ olun.
İndiyə qədər təşkil olunan bütün "Qələbə qaçışları"nda iştirak etmişəm. Neçənci olduğum vacib deyil, əsas iştirak etmək və finişə çatmaqdır".