COP29

"Qarabağı Azərbaycana Rusiya verməyib"

2 İyul 07:50 Hadisə 678
"Qarabağı Azərbaycana Rusiya verməyib"

"Qarabağı Azərbaycana Rusiya "verməyib”, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın dedikləri tamamilə yalandır".

Bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin deyib.

"Erməni siyasətçilərinin, o cümlədən ali rəhbərliyin səs yazılarına və çıxışlarına istinad etmək lazımdır. Bu sualların cavabları artıq orada mövcuddur. O qeydlər məlumdur, qoy oxusun", - deyə Karasin bildirib.

Armen Qriqoryan jurnalistlərlə söhbətində deyib:

"Bu, Rusiyadan tamamilə asılı olduğumuz vaxt baş verdi. Rusiya gəldi, Dağlıq Qarabağı əlimizdən aldı, Azərbaycana qaytardı, sonra getdi, bütün reallıq budur".

Digər Xəbərlər
Xəbər Lenti
4 İyul 03:50 Üçü bəsdir? - VİDEO