COP29

Gözəlin keçmiş sevgilisi görün kimdir - FOTOLAR

28 İyun 08:40 Hadisə 627
Gözəlin keçmiş sevgilisi görün kimdir - FOTOLAR

İtaliya millisi 90+8-ci dəqiqədə Xorvatiyanın qapısına vurduğu qol sayəsində Avro-2024-ün pley-off mərhələsinə vəsiqə qazandı.

Xilaskar "Latsio"nun yarımmüdafiəçisi Mattia Zakkani idi.

Sportinfo.az xəbər verir ki, onun Dominik Livakoviçin qoruduğu qapının yuxarı küncünə vurduğu dəqiq zərbəyə bütün İtaliya sevindi.

Ancaq onlar arasında xüsusi biri var idi: Xanımı Kyara Nasti.

Kyara 1998-ci ilin yanvarın 22-də Neapolda anadan olub. Onun 26 yaşı var və Zakkanidən üç yaş kiçikdir.

Nasti İtaliyada məşhur moda bloggeridir. O, 15 yaşında onlayn moda qeydləri yazmağa başlayıb və tez bir zamanda populyarlıq qazanıb.

"İnstaqram"da 2 milyondan çox izləyicisi var. Kyara həm də televiziya aparıcısı və aktrisa kimi də fəaliyyət göstərib.

2021-ci ildə italyan gözəlin "Roma"nın sabiq futbolçusu Nikolo Zaniolo ilə münasibətdə olduğu məlum olub.

Ancaq cütlüyün eşq macərası uzun çəkməyib. Bir il sonra Mattia Zakkani ilə münasibətə başlayıb. 2023-cü ilin iyununda isə onlar evləniblər.

Toydan əvvəl Mattia və Kyar valideyn olublar. Cütlüyün Tyaqo adlı bir oğlu var. Onların bir müddət sonra ikinci övladları dünyaya gələcək. Buna görə də Nastia Avro-2024-də həyat yoldaşına dəstək olmaq üçün Almaniyaya gedə bilməyib.

Publika.az

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 19:50 Çək və bizə göndər!
30 İyun 11:30 Sizə kifayət edəcək