Bakıda avtomobil idman zalına çırpıldı, 25 yaşlı sürücü öldü - FOTO

09:00 Hadisə 177
Bakıda avtomobil idman zalına çırpıldı, 25 yaşlı sürücü öldü - FOTO

Bakıda ölümlə nəticələnən qəza baş verib.

Sportinfo.az xəbər verir ki, hadisə gecə saat 01:10 radələrində Binə qəsəbəsi Atçılıq yaşayış massivində baş verib.

2000-ci il təvəllüdlü Orxan Sərhəd oğlu Qurbanov idarə etdiyi “AzSamand” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın idman zalına çırpılıb.

Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər RPİ-də cinayət işi başlanılıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 11:20 Qurban Qurbanovun "11"i