Tarixi abidənin hissələri futbol qapısı kimi istifadə edilir - Qubadan FOTOLAR

03:00 Hadisə 77
Tarixi abidənin hissələri futbol qapısı kimi istifadə edilir - Qubadan FOTOLAR

arixçi alim Elnur Nəciyev acınacaqlı durumda olan Əbu Müslüm məscidinin yeni fotolarını ictimailəşdirib.

Sportinfo.az xəbər verir ki, Elnur Nəciyev demokrat.az-a açıqlamasında bunları bildirib:

“Mən Azərbaycanda çox yer gəzdim və heç bir yerdə bunun alternativini görmədim. Taxtalarından futbol oynamaq üçün qapı düzəldilən, kənd klubu, mədəniyyət evi tikilərkən dirəklərindən istifadə edilən, insanların oturması üçün oturacağa çevrilən nə abidə, nə də məscid gördüm.

Belə də olurmuş. Mən tarixi abidələrə zərər verilməsini çox gördüm, amma belə halla heç vaxt qarşılaşmadım”.

Əbu Müslüm məscidi (748/749) Qubanın Qrız kəndində yerləşir. Bu abidə Azərbaycanın 3 ən qədim məscidindən biridir (Dərbənd Cümə məscidi (733/734) və Şamaxı Cümə məscidindən (743/744) sonra).

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 18:10 Çək və bizə göndər!
28 Aprel 11:20 Qurban Qurbanovun "11"i
28 Aprel 11:00 Bir addımı da sən at!