Bu iddialı klub da "Neftçi"nin keçmiş rəhbərliyinin səhvini təkrarladı - KÜTLƏVİ ETİRAZ!

14:40 Hadisə 525
Bu iddialı klub da "Neftçi"nin keçmiş rəhbərliyinin səhvini təkrarladı - KÜTLƏVİ ETİRAZ!

İkinci Liqanın maraqla gözlənilən qarşılaşması 24-cü tura təsadüf edir.

Söhbət hazırda turnir cədvəlində lider olan "Şahdağ Qusar" ilə ikinci pillədə yer alan "Şəfa" arasında keçiriləcək matçdan gedir.

"ASK Arena" keçiriləcək görüş öncəsi meydan sahiblərinin atdığı addım qusarlı azarkeşləri qəzəbləndirib.

Belə ki, oyuna marağı nəzərə alan Bakı klubu biletin qiymətini 10 manat təyin edib.

Bu addım meydan sahiblərinin azarkeşlərinə aid deyil. Onlar pulsuz stadiona daxil ola biləcəklər.

Qərar yalnız qonaq azarkeşlər üçün nəzərdə tutulub.

Buna qədərki bütün matçlarına girişi sərbəst edən "Şəfa" rəhbərliyinin bir andaca 10 manata bilet satmaq həvəsinə düşməsi "Şahdağ" azarkeşlərini özündən çıxarıb.

Belə hal Azərbaycan futbolunda ilk dəfə yaşanmır.

Bir neçə il əvvəl "Neftçi" rəhbərliyi əzəli rəqibləri "Qarabağ"la görüşdən öncə Ağdam klubunun fanatları üçün biletin dəyərini 2 manatdan 50 manata qaldırmışdı.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti