Aşpazlıqla vidalaşdı, vətənə döndü, AFFA-nın qapısını döydü - Nə istəyir?

09:50 Hadisə 459
Aşpazlıqla vidalaşdı, vətənə döndü, AFFA-nın qapısını döydü - Nə istəyir?

Millinin sabiq müdafiəçisi Faiq Cabbarov AFFA-ya müraciət edib.

Vaxtilə “Kəpəz”, “Neftçi”, “Şəmkir” kimi komandaların şərəfini qoruyan, 1997-ci ildə ölkədə ən yaxşı futbolçu adını qazanan veteran ona C kateqoriyalı məşqçi lisenziyasının verilməsini istəyib.

Cabbarov məşqçi həyatına başlamaq niyyətində olduğunu, bundan sonra doğma Gəncədə çalışacağını bildirib. Bir zamanlar yığmanın formasını geyindiyi üçün o, bu kateqoriyanı birbaşa əldə etmək hüququna malikdir.

Cabbarovu daha çox yaşlı və gənc nəslin nümayəndələri xatırlayır. Öz dövrünün ən yaxşı müdafiəçilərindən sayılırdı.

Futbolçu karyerasını başa vurandan sonra məşqçiliyə “Göygöl”də başlayıb “Gilan”da davam edən Cabbarov, bir müddət “ABN Bərdə”də, yekunda “Şəmkir”də çalışdı və bu, onun sonuncu iş yeri oldu.

Məşqçiliyə qayıtmaq istədiyini və bununla bağlı AFFA-ya müraciət edəcəyini deyə-deyə, növbəti dəfə yoxa çıxmışdı.

O, təxminən 4-5 il Rusiyada aşpaz olaraq çalışandan sonra Azərbaycana qayıdıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti