Şakiraya xəyanət etdiyi sevgilisindən ayrıldı - FOTOLAR

02:30 Hadisə 451
Şakiraya xəyanət etdiyi sevgilisindən ayrıldı - FOTOLAR

İspaniya millisinin və “Barselona”nın sabiq futbolçusu Jerar Pike sevgilisi Klara Çiadan ayrılıb.

Sportinfo.az bu barədə “Marca” nəşrinə istinadən xəbər verir.

Məlumata görə, Pike Mayamidə başqa bir xanımla görüntülənib. Amma ayrlığın əsas səbəbləri barədə tam məlumat verilməyib.

Cütlük təxminən 3 ildir birlikdə idi.

Pike Çiadan əvvəl uzun illər tanınmış ulduz müğənni Şakira ilə evli olub. Keçmiş futbolçu və Şakiranın iki oğlu var.

Cütlük 2022-ci ilin yayında ayrılıb. Buna səbəb futbolçunun müğənniyə xəyanət etməsi olub.



Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 03:40 Qubalı qızlar oynayacaq