
"Mançester Yunayted"in yarımmüdafiəçisi Manuel Uqarte yeni sevgili tapıb.
Sportinfo.az xəbər veri ki, söhbət avstraliyalı model və influenser Corciya Mey Hitdən gedir.
24 yaşlı uruqvaylı yarımmüdafiəçi ilə 27 yaşlı modelin münasibəti bir neçə "TikTok" videosundan sonra ortaya çıxıb. Onlar görüntüləri futbolçunun Mançesterdəki mənzilində lentə alıblar.
Maraqlıdır ki, Corciyanın adı daha əvvəl "Real"ın superulduzu Kilian Mbappe ilə birgə hallanırdı. Onlar 2021-ci ildə Yunanıstanda şam yeməyində birlikdə görüntüləniblər. Lakin heç vaxt münasibətləri rəsmən təsdiq olunmayıb.
Hələlik Uqarte və Hit təmkinli qalırlar, şayiələri şərh etmirlər, lakin diqqətli azarkeşlər artıq onları "Yunayted"in yeni ulduz cütlüyü adlandırmağa başlayıblar.
Xatırladaq ki, bu mövsüm 24 yaşlı futbolçu Premyer Liqada 25 matçda 1 qola imza atıb. Onun klubla müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.