"Sabah" və "Neftçi"ni pul cəzasıyla “yüklədilər” - SƏRT QƏRAR!

14:20 Hadisə 198
"Sabah" və "Neftçi"ni pul cəzasıyla “yüklədilər” - SƏRT QƏRAR!

Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Sabah"la "Neftçi" arasında baş tutan cavab matçı (1:1) ilə bağlı cəzalar açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Görüş bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə “Sabah” 800 manat cərimələnib.

Klub həmçinin azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığına görə 800, pirotexniki vasitədən istifadə edildiyi üçün isə 1500 manat ziyana düşüb.

AFFA İntizam Komitəsi azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığına görə “Neftçi”ni də 800 manat cərimələyib.

Digər Xəbərlər
Xəbər Lenti