
Beynəlxalq Gimnastika Federasiyası (FIG) rusiyalı Lalə Kramarenkoya beynəlxalq yarışlara buraxılma kriteriyalarına uyğun gəlmədiyinə görə bitərəf statusu verməkdən imtina edib.
Sportinfo.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Bildirilib ki, buna idmançının bədii gimnastika üzrə millinin keçmiş baş məşqçisi İrina Vinerlə birgə fotosunun olması, Vətənin Müdafiəsi Gününə həsr edilmiş qala-konsertdə iştirak etməsi və Xüsusi Hərbi Əməliyyat rəmzlərinə dəstək verməsi səbəb olub.
FIG-nin qərarı qətidir və dərhal icra edilməlidir. Lalə Kramarenkonun İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etdiyi bildirilib.
Lalə Kramarenko Azərbaycan millisinin sabiq qapıçısı Dmitri Kramarenkonun qızıdır.