
İspaniya milli komandasının və "Atletiko"nun futbolçusu Robin Le Normand yeni model sevgilisi ilə qırmızı xalıda görüntülənib.
Sportinfo.az xəbər verir ki, Madrid klubunun ulduzu Kassandra Kano ilə birlikdə "Laureus World Sport Awards" mərasiminə qatılıb.
Bir müddət əvvəl Le Normandın PSJ-nin və İspaniya yığmasının sabiq baş məşqçisi Luis Enrikenin qızı Çira ilə münasibəti haqqında şayiələr yayılmışdı.
Çira millidəki komanda yoldaşı, "Barselona"da çıxış edən Ferran Torresin keçmiş sevgilisi idi.
Amma bununla bağlı rəsmi təsdiq yox idi. Bu iddialar əsasssız olaraq qalacaq.