
Sportinfo.az xəbər verir ki, Azərbaycanda keçiriləcək III MDB Oyunlarınının rəsmi saytı təqdim olunub.
www.ciagames2025.com saytında tədbirlə bağlı hazırlıq prosesi, yarış cədvəlləri, idman məkanları, könüllü və media qeydiyyatı və başqa məsələlərlə bağlı son yenilikləri əldə etmək mümkün olacaq.
III MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərində keçiriləcək.
İdmanın 23 növü üzrə yarışların təşkili planlaşdırılır. Turnirdə iştirak etmək üçün təkcə MDB-dən deyil, bir sıra digər ölkələrdən də idmançıların dəvət ediləcəyi gözlənilir.