
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun ulduz futbolçusu Kriştiano Ronaldonun nişanlısı Corcina Rodrigez Şeyx Zayed məscidini ziyarət edib.
Sportinfo.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə paylaşım edib.
Şeyx Zayed dünyanın ən böyük altı məscidindən biridir, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə yerləşir.
Məscid yaxınlıqda dəfn edilən Birləşmiş Ərəb Əmirliklərinin qurucusu və ilk prezidenti Şeyx Zayed bin Sultan Əl Nəhyanın adını daşıyır.