
Millinin sabiq müdafiəçisi Mahir Şükürov subaylığın daşını atmağı lazım bilib.
Uzun illər ölkənin əsas yığmasının şərəfini qorumuş arxa xətt oyunçusu 42 yaşında ailə qurmağı planlaşdırıb.
Toy mayda baş tutacaq.
Sumqayıt futbol məktəbinin yetirməsi karyerasını bir neçə il öncə başa vurub.
O, «Gənclərbirliyi», «Karvan», «Neftçi», «Xəzər Lənkəran», «İnter» kimi bir çox iddialı klubun formasını geyinib. Həmçinin Rusiya və Türkiyədə legioner həyatı yaşayıb.
SPORTİNFO.AZ