
"Qalatasaray"ın ulduzu Mauro İkardinin boşanmaq üzrə olduğu həyat yoldaşı Vanda Nara yenidən gündəmə gəlib.
Sportinfo.az xəbər verir ki, argentinalı model liposaksiya və sinə kiçiltmə əməliyyatı keçirib.
O, bununla bağlı fotoları sosial şəbəkə hesabında paylaşıb.
Nara bir müddət əvvəllər "OnlyFans" hesabı yaratmaqla diqqət mərkəzinə düşmüşdü. Buna səbəb isə Argentina məhkəməsinin ona 30 gün ərzində sosial şəbəkələrdən istifadə etməklə qadağa qoyması olub.
Nara indi foto və videolarını bu platformada yerləşdirəcək. Bir gündə o, çox sayda abunəçi qazanıb. Abunə haqqı isə aylıq 10 dollardır.