Mövqelərimiz yenidən atəşə tutuldu - Müdafiə Nazirliyi məlumat yaydı

07:10 Hadisə 123
Mövqelərimiz yenidən atəşə tutuldu - Müdafiə Nazirliyi məlumat yaydı

Aprelin 18-i saat 22:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Digər Xəbərlər
Xəbər Lenti