Tanınmış aktrisa hansı klubun pərəstişkarıdır? - FOTOLAR

18 Aprel 02:50 Hadisə 449
Tanınmış aktrisa hansı klubun pərəstişkarıdır? - FOTOLAR

"Arsenal" 2009-cu ildən bəri ilk dəfə Çempionlar Liqasının yarımfinalına yüksəldi.

London klubu turnirin 1/4 finalında son çempion "Real"ı mübarizədən kənarlaşdırdı.

Sportinfo.az xəbər verir ki, bu, təkcə klubu daim dəstəkləyən azarkeşləri deyil, ABŞ-dan olan bir məşhur aktrisanı da sevindirdi.

Söhbət Enn Heteueydən gedir.

Aprelin 1-də baş tutan London derbisində "topçular" "Fulhem"i məğlub etdi (2:1) və həlledici qolu ağır zədədən qayıdan Bukayo Saka vurdu.

Final fitindən sonra Enn "İnstagram"da "Arsenal" forması ilə şəklini paylaşıb: "Yenidən xoş gəlmisən#7!" deyə yazıb.

Çempionlar Liqasının 1/4 finalının ilk oyununda İngiltərə nəhəngi "Real"ı 3 cavabsız qolla məğlub etdikdən sonra eyni sosial şəbəkədə canlı yayım açıb və klubunun himnini oxuyub.

Anne Hathaway goes viral singing in support of Arsenal and can sparks anger  among Real Madrid fans with this move | Marca

42 yaşlı Heteuey 2024-cü ildə "Arsenal" azarkeşi olduğunu etiraf edib.

O, kino sahəsində "Oskar" və "Qızıl qlobus" kimi mükafatların sahibidir. Lakin onun sevimli komandası hələ də Avropa futbolunun əsas kubokuna sahib deyil.

Enn bu məsələnin nəhayət cari mövsümdə həll olunacağına inanır.

Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 21:30 "Risk etmək istəmədik"