
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportinfo.az xəbər verir ki, iclasda qurumun bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı bəzi qərarlar qəbul olunub:
Region Liqasının “Ümid” FK (Saatlı) – “Şirvan” OİK oyununda “Ümid”in futbolçusu Elvin Bədirov rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun şərti olmaqla 3 oyun cəzalanıb. Sınaq müddəti 3 ay təyin edilib. “Şirvan”ın futbolçusu Cavid Nəcizadə rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun şərti olmaqla 3 oyun cəzalanıb. Sınaq müddəti 3 ay təyin edilib.
Gənclər Liqasının “Dinamo” (Bakı) FK – “Universal Football Academy” oyununda “Dinamo”nun futbolçusu Nicat Nəsirli qarşılaşmanın 56-cı dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. “Universal Football Academy” komandasının futbolçusu Hüseyn İbrahimov da təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
Gənclər Liqasının “Şamaxı” FK – “Neftçi” PFK oyununda “Şamaxı”nın futbolçusu Natiq Ağamalıyev qarşılaşmanın 89-cu dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
U-17 Liqasının “Zirə” PFK – “Qarabağ” FK oyununda “Zirə”nin futbolçusu Qurban Cəlilov rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb. “Qarabağ”ın baş məşqçisi Rəşad Sadiqov da rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb. “Qarabağ”ın futbolçusu Əli Qazibəyov rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 2 oyun şərti olmaqla 3 oyun cəzalanıb. Sınaq müddəti 3 ay təyin edilib.
U-13 Liqasında keçirilməli olan “Qarabağ” FK – “Troya” FC oyunu “Troya”nın heyətində yetərsay olmadığına görə baş tutmadığı üçün “Troya”ya 0:3 hesablı texniki məğlubiyyət verilib. “Troya” 3-cü dəfə oyuna gəlmədiyinə görə bu komanda yarışlardan kənarlaşdırılıb.
U-13 Liqasının “Atletico Baku” FK – “Modern” FK oyunu “Atletico Baku” FK komandasının heyətində yetərsay olmadığına görə baş tutmadığı üçün “Atletico Baku” FK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-13 Liqasının “Nabran” (Xaçmaz) – “Şirvansaray” FK oyununda “Şirvansaray”ın baş məşqçisi Azər Nəsirov qarşılaşmanın 45-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldıqdan sonra hakimi təhqir etdiyinə görə 5 oyun cəzalanıb.
U-11 Liqasında keçirilməli olan “Ramal” (Tərtər) –“Olimpiya” (Ağcabədi) oyunu “Olimpiya” təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün “Olimpiya”ya 0:3 hesablı texniki məğlubiyyət verilib. “Olimpiya” 3-cü dəfə oyuna gəlmədiyinə görə “Olimpiya” komandası yarışlardan kənarlaşdırılıb.
U-10 Liqasında keçirilməli olan “Azart” – “Sahil” FA oyunu “Azart” komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün “Azart”a 0:3 hesablı texniki məğlubiyyət verilib. “Azart” 3-cü dəfə oyuna gəlmədiyinə görə yarışlardan kənarlaşdırılıb.
U-13 Qızlar Liqasının “Ümid” (Gəncə) – “Kəpəz PFK” oyununda “Ümid”in yetərsayı olmadığı üçün oyun baş tutmadığına görə “Ümid”ə 0:3 hesablı texniki məğlubiyyət verilib.