
Çinin “Çşeçzyan” klubunda çıxış edən qabonlu hücumçu Aron Bupendza faciəvi şəkildə vəfat edib.
Sportinfo.az xəbər verir ki, o, 11-ci mərtəbədən yıxılaraq ölüb.
Bu barədə Çin klubunun rəsmi saytı məlumat yayıb. Hadisə bu gün baş verib.
Çin mətbuatının yazdığına görə, o, ölmədən bir neçə dəqiqə əvvəl qardaşı ilə mübahisə edib. Bundan sonra isə 11-ci mərtəbədən düşərək həyatını itirib.
Hadisənin cinayət olması da istisna edilmir.
Aron Bupendza daha çox Türkiyədə “Hatayspor”da çıxışı ilə məşhur idi.