
"AFFA Məşqçilər Komitəsinə gələnə qədər başqa klublardan təklif almamışdım".
Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü, veteran futbolçu Əsgər Abdullayev deyib.
Sonuncu dəfə Azərbaycan I Liqasında “İmişli” klubunu çalışdırmış 65 yaşlı mütəxəssis başqa klublardan təklif almadığını vurğulayıb:
“Məqsədim yenidən komitənin tərkibində fəaliyyət göstərmək idi. Əvvəlki iş yerimə qayıtdım.
Aşağı yaş qruplarından ibarət komandaların məşqçiləri ilə söhbətlərimiz olur. Onlara öz fikirlərimi çatdırıram.
Əksəriyyəti futbol oynamış insanlardır. İndi də məşqçi kimi fəaliyyət göstərirlər. AFFA Məşqçilər Komitəsinə gələnə qədər başqa klublardan təklif almamışdım”.