Futbolçu atasının gözü önündə ÖLDÜ – O anın VİDEO GÖRÜNTÜLƏRİ

03:00 Hadisə 161
Futbolçu atasının gözü önündə ÖLDÜ – O anın VİDEO GÖRÜNTÜLƏRİ

Copa Peru matçı zamanı Perunun "Real Titan" klubunun 21 yaşlı futbolçusu Elar Qonzales Altamirano qapıçı ilə toqquşaraq dünyasını dəyişib.

Sportinfo.az xəbər verir ki, bu barədə klub sosial şəbəkədə məlumat yayıb.

Bildirilib ki, hadisə oyunun 70-ci dəqiqəsində futbolçunun toqquşmadan sonra huşunu itirərək meydançaya yıxılması zamanı baş verib.

Zərərçəkmiş təcili olaraq xəstəxanaya çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Qeyd olunub ki, Altamiranonun atası oyunu tribunadan izləyib.

Peru Futbol Federasiyası (FPF) də futbolçunun vəfatından təəssüfləndiyini bildirib, ailəsinə, dostlarına və klubuna dərin hüznlə başsağlığı verib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 03:10 “Ordu” irəli getdi
15 Aprel 02:20 O da milli ilə getdi...