
AFFA U-16 Liqasında keçirilən "Arpaçay" - "Araz-Naxçıvan" matçında komanda yoldaşını təhqir edən futbolçunu 3 oyunluq cəzalandırıb.
Sportinfo.az xəbər verir ki, bu barədə milli assosiasiyanın İntizam Komitəsi qərar qəbul edib.
Qarşılaşmanın 85-ci dəqiqəsində Şərur təmsilçisinin üzvü Əli İsmayılovun komanda yoldaşına qarşı qeyri-etik ifadələr işlətməsi 3 matçlıq diskvalifikasiyaya səbəb olub.