
«Karvan»ın futbolçusu Rəhman Şabanov hakimlə qeyri-etik «zarafat» edib.
Hadisə I Liqanın 20-cu turunda baş verib.
Belə ki, Şamaxıda «Difai»nin qonağı olan Yevlax təmsilçisinin yarımmüdafiəçisi matçın (5:3) 70-ci dəqiqəsində bu hərəkəti ilə diqqət mərkəzinə düşüb.
Roman Hüseynovla əvəzləndikdən sonra dördüncü hakim Səbuhi Bayramova yaxınlaşan Rəhman Şabanov hamının gözü qarşısında onunla «başqa cür» görüşüb.
Bu, yersiz və oyunçuya yaraşmayan «jest», maraqlıdır ki, qarşılaşmanın protokolunda öz əksini tapmayıb və AFFA İntizam Komitəsinin son iclasında ona baxılmayıb.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN