“Real” və millinin sabiq çalışdırıcısı həyatdan köçdü - 82 yaşında

11 Aprel 12:00 Hadisə 272
“Real” və millinin sabiq çalışdırıcısı həyatdan köçdü - 82 yaşında

“Real”ın və Niderland millisinin sabiq çalışdırıcısı, əslən niderlandlı Leo Benhakker 82 yaşında vəfat edib.

Sportinfo.az xəbər verir ki, bu haqda “Flashscore” məlumat yayıb.

“Don Leo” ləqəbli sabiq baş məşqçi 1965-2009-cu illər arasında bir çox komandaları idarə edib.

O, 1991-1992-ci illər arasında “Real Madrid” klubunu çalışdırıb.

“Kral klubu” bu dönəmdə ardıcıl 3 dəfə İspaniya çempionu olub.

Benhakker Səudiyyə Ərəbistanı, Trinidad və Polşa millilərini də idarə edib.

Karyerası boyunca Niderland və İspaniyada 10 mükafat qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti