Qapıçı ilə toqquşan 21 yaşlı futbolçu faciəvi şəkildə öldü

11 Aprel 10:00 Hadisə 294
Qapıçı ilə toqquşan 21 yaşlı futbolçu faciəvi şəkildə öldü

“Real Titan”un futbolçusu Helar Qonzales Altamirano dünyasını dəyişib.

Sportinfo.az xəbər verir ki, 21 yaşlı oyunçu qapıçı ilə toqquşaraq faciəvi şəkildə vəfat edib.

İnsident Peru kuboku çərçivəsində “Defensor Nueva”ya qarşı oyunu zamanı baş verib. “Real Titan”ın formasını geyinən Altamirano qarşılaşmanın 70-ci dəqiqəsində rəqibin qapıçısı ilə toqquşaraq başından ağır zədə alıb.

O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Ölümə səbəb gənc futbolçunun başındakı damarın yırtılması olub.

Digər Xəbərlər
Xəbər Lenti