
AFFA rəhbərliyi veteran futbolçu Yaşar Vahabzadəni 65 illik yubileyi münasibətilə təbrik edib.
Sportinfo.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və baş katibi Cahangir Fərəcullayev Yaşar Vahabzadə ilə görüşüblər, ona cansağlığı və uğurlar arzulayıblar.
Həmçinin onlar bu münasibətlə veteran futbolçuya xatirə hədiyyəsi təqdim ediblər.