
“Mikelsin ayağını elə bil çəngəllə deşmişdilər”.
Bu sözlər ATV kanalında yayımlanan “Futbolumuz” verlişinin aparıcısı Ceyhun Rzayevə aiddir.
O, ölkə kubokunun yarımfinal mərhələsinin “Neftçi“ - “Sabah“ matçında (1:2) baş verən hadisəyə sərt münasibət bildirib.
Tanınmış telejurnalist görüşün baş hakimi Əliyar Ağayevin ədalətli idarəçilik etmədiyini, qonaqların əleyhinə qərarlar verdiyini deyib.
Verlişin eksperti Emin Abbasov isə onun hakimliyinin hələ 5-6 il əvvəl bitdiyini, ölkədaxili yarışlarda bir-birindən biabırçı səhvlərlə yadda qaldığını söyləyib.
Qeyd edib ki, FİFA referisi oyunun son dəqiqələrində Yuri Matiasın Coy-Lens Mikelsə qarşı açıq-aşkar kobud hərəkətini düzgün qiymətləndirməyib, penalti təyin etməyib.
Abbasov Ağayevin artıq öz üzərində çalışmadığını, işinə barmaqarası yanaşdığını və karyerasını bitirməli olduğunu vurğulayıb.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN