
Hazırda "Əl-İttihad"da çıxış edən "Real"ın keçmiş hücumçusu Kərim Benzema yenə qalmaqala səbəb olub.
Sportinfo.az xəbər verir ki, bu dəfə Benzemanın yetkinlik yaşına çatmayan qıza mesaj yazdığı ortaya çıxıb.
Söhbət 17 yaşlı musiqiçi Lil Taydabdan gedir. Gənc qız Benzemanın "İnstaqram"da onunla mesajlaşdığını açıqlayıb.
"Youtube"da yayımlanan müsahibə zamanı ondan Benzema haqqında soruşublar. Lil Tay belə cavab verib: "O, mənim mesaj qutumdadır".
Onun "İnstaqram"da 5 milyondan çox izləyicisi var.
Benzema daha əvvəllər də bu tipli qalmaqallarla gündəmə gəlib.