Azərbaycan futbolunun simasını əks etdirən məşhur tablonun FOTOsu

10 Aprel 16:40 Hadisə 515
Azərbaycan futbolunun simasını əks etdirən məşhur tablonun FOTOsu

Şəkildə gördüyünüz tablo “Liv Bona Dea Arena”ya məxsusdur.

Təbii ki, buna tablo demək olarsa.

Sözügedən stadion həm Premyer Liqa oyunlarını qəbul edir, həm də milli komandalar səviyyəsində beynəlxalq matçları.

Lakin ölkənin sayılıb-seçilən, göz qabağında olan arenanın tablosu 1 ildir işləmir. 21-ci əsrdə oyunun dəqiqəsini bilmək üçün qolumuzdakı saatın xidmətinə ehtiyac duyuruq.

Ötən ilin yayında “Zirə” avrokuboklarda çıxış edəndə UEFA-nın tələblərinə əsasən hansısa şirkətdən elektron lövhə kirayələyirdi. Millinin oyunları zamanı da problem bu yolla aradan qaldırılır.

Lakin nə əmmadırsa, AFFA balansında olan stadionun tablosunu düzəlt(dir)məyə maraq göstərmir.

Bir neçə ay əvvəl məsələ ilə bağlı assosiasiyaya sorğu göndərmişdik. Müraciətimizə cavab olaraq bildirilmişdi ki, xarici ölkədən tablo sifariş olunub, yaxın zamanda çətinlik aradan qalxacaq. Üstündən aylar keçib, vəziyyət dəyişməz qalıb.

Bir tablonun öhdəsindən gələ bilməyən AFFA-nın ölkə futbolunun inkişafı ilə bağlı strategiya planı barədə düşünməsi gülünc görünür, deyilmi?

Bu məşhur tablo həm də Azərbaycan futbolunun əsl simasını göstərir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti