"Qarabağ"ın sabiq qapıçısından MARAQLI İDDİA

9 Aprel 01:10 Hadisə 374
"Qarabağ"ın sabiq qapıçısından MARAQLI İDDİA

"İqor Akinfeyev Aleksandr Oveçkin qədər əfsanədir".

Sportinfo.az xəbər verir ki, bunu "Dinamo"da çıxış edən "Qarabağ"ın sabiq qapıçısı Andrey Lunyov deyib.

33 yaşlı qolkiper ÇSKA-dakı həmkarının karyerasında 900-cü matçına çıxması ilə bağlı fikirlərini bölüşüb. Lunyov özünün belə şansının olmadığını etiraf edib:

"İqor Akinfeyev Aleksandr Oveçkin qədər əfsanədir, lakin Rusiyada çıxış edir".

Aleksandr Oveçkin ötən gün Milli Hokkey Liqasında (NHL) 895-ci qolunu vuraraq əfsanəvi Ueyn Qretskinin rekordunu qırıb.

İqor Akinfeyev isə ÇSKA-da 789, Rusiya yığmasında 111 görüşdə meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti