12 oyun uduzan, 122 qol buraxan komandadan SENSASİYA!

8 Aprel 18:20 Hadisə 559
12 oyun uduzan, 122 qol buraxan komandadan SENSASİYA!

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Monqolustan Premyer Liqasında çıxış edən “TUV Azarqanuud” sensasiyalı şəkildə mövsümün ilk 12 matçında məğlub olduqdan sonra 13-cü turda “Bestrelt”ə 2:1 hesabı ilə qalib gəlib.

Digər təsiredici rəqəm isə “TUV Azarqanuud”un 122 qol buraxmasıdır ki, bu da hər oyunda orta hesabla 10 top deməkdir!

Mövsümün 13-cü matçında şans, qəribə də olsa, komandanın üzünə gülüb.

Beləliklə, TUV 2020-ci ildə Monqolustan çempionatının yüksək liqasına daxil olan, ancaq mövsüm ərzində bir xal belə qazanmayan “Sumida Jepro” klubunun kədərli antirekordunu təkrar etməyəcək!

Üstəlik, ola bilsin ki, yeni gələn TUV hətta aşağı liqadan qurtula bilsin, çünki indi komanda turnir cədvəlində özündən əvvəlki klubdan cəmi 7 xal geri qalır.

Digər Xəbərlər
Xəbər Lenti