
İran çempionatının 25-ci turunda keçirilən “Traktor” - “İstiqlal” matçında qeydə alınan azarkeş sayı dünya mətbuatının gündəmini zəbt edib.
Sportinfo.az xəbər verir ki, Güney Azərbaycan təmsilçisinin ev matçını 120 min azarkeş izləyib.
“Səhənd” stadionunda keçirilən qarşılaşma Təbriz təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Rəqiblərindən bir oyun az keçirən “Traktor” 54 xalla turnir cədvəlinə başçılıq edir. Onun ən yaxın izləyiciləri “Sepahan” 50 xalla ikinci, “Persepolis” isə 48 xalla üçüncüdür.