Mövqelərimiz intensiv atəşə tutuldu - Müdafiə Nazirliyi məlumat yaydı

8 Aprel 08:00 Hadisə 312
Mövqelərimiz intensiv atəşə tutuldu - Müdafiə Nazirliyi məlumat yaydı

Aprelin 6-sı axşam saatlarından aprelin 7-si saat 04:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Qarakilsə, Basarkeçər, Keşişkənd, Tovuzqala və Çəmbərək rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə intensiv atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!