Onun var-dövlətinə şərik olmaq istədi, görün nə ilə üzləşdi! - FOTOLAR

02:30 Hadisə 188
Onun var-dövlətinə şərik olmaq istədi, görün nə ilə üzləşdi! - FOTOLAR

Almaniya mətbuatı "Bayer"in forvardı Viktor Bonifeysin qış transfer pəncərəsində "Əl-Nəsr"ə keçidinin baş tutmamasından çox üzüldüyünü yazır.

Sportinfo.az əbər verir ki, Viktor Kriştiano Ronaldonun da çıxış etdiyi Səudiyyə Ərəbistanı klubu ilə illik 45 milyon avroluq müqavilə imzalaya bilərdi.

Lakin Ər-Riyad klubu onun yerinə "Aston Villa"dan Con Duranı almaq qərarına gəlib.

Ancaq deyəsən, nigeriyalının kədərlənmək üçün daha ciddi səbəbi var. Viktor Bonifeysin sevgilisi Rikke Hermine Yensen onu tərk edib.

Viktor 22 yaşlı gözəllə onun vətəni Norveçdə çıxış edərkən tanış olub. Futbolçunun ilk peşəkar klubu "Bodo-Qlimt" olub. Rikke də komandanın təmsil etdiyi Bodo şəhərindəndir. Onların tanışlığı 2021-ci ildə baş tutub.

2022-ci ildə cütlük birlikdə Belçikaya köçüb. Buna səbəb Bonifeysin "Union" ilə müqavilə imzalaması olub. Məhz Brüsseldə futbolçu sevgilisinə evlilik təklifi edib və "hə" cavabı alıb.

Lakin Rikke bir şərt irəli sürüb: nikah müqaviləsi yoxdur və boşanma zamanı əmlak yarıya bölünəcək. Bonifeys buna razılaşıb.

Bir ay əvvəl isə məlum olub ki, futbolçunun bütün əmlakı anasının adına qeydiyyata alınıb. Buna görə də mümkün bir boşanma halında norveçli qadın demək olar ki, heç nə almayacaq.

Hermine futbolçunun sərvətinin əsl sahibinin kim olduğunu öyrəndikdən sonra onu tərk edib. Bu il üçün planlaşdıırılan toy ləğv edilib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Aprel 08:20 “Uduzmaq istəmirdik"